...

Rauf Babayev: Yaradıcı ziyalılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü böyük coşqu ilə qəbul etdilər

Cəmiyyət Materials 3 Mart 2019 12:30 (UTC +04:00)
Yaradıcı ziyalılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Heydər Əliyev Mərkəzində görüşü böyük coşqu ilə qəbul etdilər.
Rauf Babayev: Yaradıcı ziyalılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü böyük coşqu ilə qəbul etdilər

Bakı. Vüqar İmanov – Trend:

Yaradıcı ziyalılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə Heydər Əliyev Mərkəzində görüşü böyük coşqu ilə qəbul etdilər.

Bunu Trend-ə "Qaya" qrupunun rəhbəri, "Şöhrət" ordeninin kavaleri, Xalq artisti Rauf Babayev deyib.

R.Babayev bildirib: "Yaradıcı ziyalıların qabaqcıl nümayəndələrinin iştirak etdiyi bu görüşə dəvət olunmağım mənim üçün xoş hadisə idi. Söhbət qeyri-rəsmi və xoş bir ab-havada keçirdi, hər kəs öz sahəsi barədə fikrini səsləndirə bilirdi, xahişlə müraciət edirdi, öz sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün təkliflər edirdi. Ən əsas və sevindirici isə o idi ki, bunlar şəxsi problemlər deyil, cəmiyyətin, mədəniyyətin, incəsənətin inkişafına yönəlmiş xahişlər idi. Dövlət başçısı ölkədə aparılan islahatlar, iqtisadi dəyişikliklər, xalqın rifah halının yüksəldilməsi barədə ətraflı məlumat verdi. Ölkəmizdə bir çox əhəmiyyətli tədbirlər, o cümlədən festivallar, müsabiqələr, cəmiyyətin mənəvi və vətənpərvərlik ruhunda tərbiyələndirilməsi üçün çox vacib olan və ölkəmizi dünyada tanıtdıran mədəniyyət və incəsənət sahəsində beynəlxalq layihələr həyata keçirilir. Mədəniyyət hər zaman işıq saçır, yaradıcı insanlar o işığı qoruyur, onunla cəmiyyət, ölkə və insanlıq naminə yolu işıqlandırır. Bu cür görüş, sözsüz ki, mədəniyyətimizin və incəsənətimizin gələcək inkişafında böyük rol oynayacaq. Bu görüş bu gün və sabaha əminlik verir. Hətta ümumi görüşdən sonra söhbətlər davam etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəxsi istəyi olanlarla da danışdılar, onların problemləri ilə maraqlandılar və bu, ən xoş təəssürat buraxdı".

Xəbər lenti

Xəbər lenti