...

Binə sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2019 16:15 (UTC +04:00)
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Binə sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Bakı. Trend:

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Binə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Trend-in məlumatına görə, səyyar görüşdə millət vəkili Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşü Rayon İcra Hakimiyyətinin başçısı E.Salahov açıq elan edərək, Prezident İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayıb.

R.Əliyev çıxış edərək Prezident İlham Əliyev tərəfindən ölkə əhalisinin böyük bir hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş, bu ilin əvvəlindən ardıcıl olaraq imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışıb.

Sonra R.Əliyev bildirib ki, Prezident bir daha göstərdi ki, onun həyata keçirdiyi siyasətin mərkəsində Azərbaycan vətəndaşı və onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması durur. Daha sonra çıxış edən millət vəkili R.Əliyev qəsəbə sakinlərinin səyyar görüşdə qaldırdıqları məsələlərin RIH ilə birlikdə həll olunması istiqamətində işlərin görüləcəyini və bəzi məsələlərlə bağlı isə müvafiq qurumlara müraciət ediləcəyini bildirib.

Qəsəbə sakinləri rayon ərazisində aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər və sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini bildirdilər. Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində müəssisə və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi. Sonda RİH-nin başçısı E.Salahov və millət vəkili R.Əliyev qarşıdan gələn “Novruz” bayramı münasibətilə Binə qəsəbə sakinlərini təbrik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti