...

Ağac tinglərinin paylanılması aksiyası davam edir (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2019 12:24 (UTC +04:00)
“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.
Ağac tinglərinin paylanılması aksiyası davam edir (FOTO)

Bakı. Trend:

“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, növbəti aksiya 04 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda "Bakı" kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda "Sevinc" kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda şəhər icra nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair Nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti