...

“İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2019 11:19 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin təqdimatında “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar təşkil olunub.
“İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərlinin təqdimatında “İslam dininə üçlü yanaşma –mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda seminar təşkil olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövq edilməsində ali təhsil müəssisəsinin müxtəlif mövzularda ardıcıl təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlər xüsusi rol oynayır. İ.Əlimuradov qeyd edib ki, gənclər mütəxəssis kimi püxtələşmələri üçün öz perspektivləri naminə çalışmalı, bu yöndə fəallıq göstərməlidirlər.

Seminarda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli “İslam dininə üçlü yanaşma – mühafizəkarlıq, dünyəvilik və millilik anlayışlarına yeni baxış” mövzusunda çıxış edib.

F.Ələkbərli bildirib ki, Şərqdə müxtəlif dini mədəniyyətlər mövcud olmuşdur ki, İslam mədəniyyəti də bunlardan biridir. Bu din təkcə ərəblərin deyil, eyni zamanda, İslamı qəbul etmiş türklərin, farsların, urduların və digər xalqların həyatında da mühüm rol oynayıb. İslam dini yalnız ərəb mədəniyyəti çərçivəsində məhdudlaşmayıb, bu dini qəbul edən bütün millətlərin ortaq dininə çevrilib.

F.Ələkbərli vurğulayıb ki, türk xalqları İslam dəyərlərinin qorunub saxlanması və dünyada təbliğinə böyük töhfələr verib.

Tələbələrin qatıldığı seminar maraqlı müzakirələrlə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti