...

Bakıda Formula 1 bolidlərinin son hazırlıqları (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2019 17:01 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisində bolidlərin son hazırlıq işləri aparılır.
Bakıda Formula 1 bolidlərinin son hazırlıqları (FOTO)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Sabah start götürəcək Formula 1 Azərbaycan Qran Prisində bolidlərin son hazırlıq işləri aparılır.

Trend-in məlumatına görə, yarışda iştirak edəcək komandalar artıq Bakıdadır.

Bu gün azarkeşlər pit-yolu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə şütüyəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər.

Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisi aprelin 28-dək davam edəcək.

Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti