...

Səfir: Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir

Cəmiyyət Materials 27 Aprel 2019 17:10 (UTC +04:00)
Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir.
Səfir: Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir

Bakı. Vahid Bayramov - Trend:

Bədii gimnastika üzrə Moldova milli komandası Bakıda çıxış etməyi çox sevir.

Bunu Trend-ə Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

Onun sözlərinə görə, ikinci gündür ki, yarışları izləyir: "Dünən çıxışdan sonra mən idmançı və məşqçilərimizlə görüşdüm. Onlar yüksək təşkilatçılığı və yaradılan şəraiti xüsusi qeyd edib".

Səfir bildirib ki, bu, moldovalı gimnastların Bakıda ikinci çıxışıdır: "Onlar bura gəlməkdən çox məmnundur. Həm də məşqlərlə yanaşı, onlar Bakı şəhəri ilə də tanış olur".

Qeyd edək ki, Bakıda 26-28 aprel tarixlərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti