...

Hazırda duman var, gündüz hava necə olacaq?

Cəmiyyət Materials 8 May 2019 08:54 (UTC +04:00)

Bakı. Trend:

Hazırda paytaxtda duman müşahidə olunur. Bu gün ölkə ərazisində gözlənilən hava şəraitinə gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında 24-29, Bakıda 26-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu aranda 27-32, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti