...

Babək prospektində baş vermiş çökmənin SƏBƏBİ açıqlandı

Cəmiyyət Materials 21 May 2019 13:19 (UTC +04:00)
Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb.
Babək prospektində baş vermiş çökmənin SƏBƏBİ açıqlandı

Bakı. Samir Əli- Trend:

Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqədar qurumlar məlumatıandırılıb və onların iştirakı ilə əraziyə baxış keçirilib:

"Əraziyə baxış keçirilərkən məlum olub ki, çökmə hadisəsi kiçik hissədə olsa da, həmin zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb. Mayın 22-də həmin ərazi qazılacaq və çökmə hadisəsinin nədən baş verdiyi müəyyən ediləcək. Çökmə hadisəsi hansı xəttdə baş verən nasazlıqdan yaranıbsa, ərazi həmin xəttə cavabdeh olan qurum tərəfindən bərpa ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti