...

Qara Qarayev prospektində tıxac aradan qaldırıldı (FOTO)

Cəmiyyət Materials 13 İyun 2019 15:26 (UTC +04:00)
Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma və durma nişanlarının quraşdırılması ərazidəki tıxacları aradan qaldırıb.
Qara Qarayev prospektində tıxac aradan qaldırıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Nizami rayonu, Qara Qarayev prospektində nəqliyyatın sıxlığı aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, Q.Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzi və "8-ci kilometr" bazarının qarşısından keçən hissədə hazırda avtomobillərin dayanma, durma qaydalarına riayət etməsilə bağlı tədbirlər görülür:

"Görülən tədbirlər nəticəsində ərazidə tıxac yaranmır, avtomobillərin normal hərəkəti təmin edilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti