...

Azərbaycandakı bir neçə məkan YUNESKO-nun siyahısına namizəd kimi irəli sürüləcək

Cəmiyyət Materials 27 İyun 2019 19:30 (UTC +04:00)
Azərbaycandakı bir neçə məkanın YUNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.
Azərbaycandakı bir neçə məkan YUNESKO-nun siyahısına namizəd kimi irəli sürüləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycandakı bir neçə məkanın YUNESKO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumunda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Nazir bildirdi ki, Hirkan milli parkının meşələri üçün İranın nominasiyası nəzərdə tutulur: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

Nazir əlavə edib ki, YUNESKO-nun Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti