...

UNEC ABŞ-da çalışan azərbaycanlı alimlərlə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 28 İyun 2019 13:41 (UTC +04:00)
UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ABŞ-ın Corc Vaşinqton Universitetində keçirilən Birinci Azərbaycan Akademik Simpoziumunda iştirak edib.
UNEC ABŞ-da çalışan azərbaycanlı alimlərlə əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev ABŞ-ın Corc Vaşinqton Universitetində keçirilən Birinci Azərbaycan Akademik Simpoziumunda iştirak edib.

Trend-in məlumatına görə, tədbirdə ABŞ Dövlət Departamentinin rəsmisi Susan Kristal, Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov, ABŞ-ın Vaşinqton Universiteti, Kolumbiya Universiteti, Karnegi Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində çalışan Azərbaycan əsilli alimlər iştirak ediblər.

Simpozium çərçivəsində ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alimlərlə UNEC-in prorektorunun görüşü keçirilib. Alimlərə UNEC barədə ətraflı məlumat verildikdən sonra, onlarla UNEC-lə əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb. ABŞ alimlərinin UNEC-də mühazirələrə cəlb olunması, vahid elektron platformada videokonfransların keçirilməsi, birgə tədqiqat laboratoriyaların yaradılması, konfrans və seminarların təşkili, tələbə və müəllimlərin ABŞ universitetlərinin təqaüd və qrant proqramlarında iştirakı müzakirə olunub. Eyni zamanda ABŞ alimləri tərəfindən fəaliyyət göstərdikləri universitetlərdə UNEC barədə təşviqat işinin aparılması barədə də razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti