...

Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var - Nazir

Cəmiyyət Materials 15 İyul 2019 07:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2013-cü ildə birinci siniflərə 138 min qəbul olmuşdusa, bu il göstəricinin 165 mindən çox olması gözlənilir.

Nazir əlavə edib ki, ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir:

"2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 mini ötüb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşıb, 8.5-dən 10.6-ya yüksəlib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti