...

Mərkəzi Gömrük Hospitalının həkimi Nyu Yorkda konfransda “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda çıxış edib (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2019 13:04 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalın ümumi cərrahı Dr. Aynur Səfiyeva 25-29 iyul 2019-cu il tarixlərində ABŞ-ın Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Hospitaldan Trend-ə verilən məlumata görə, konfransda dünyanın müxtəlif ölkələrindən yüksəkixtisaslı həkim və alim qadınlar maraqlı təqdimatlar və posterlərlə qatılıblar.

Konfransda qadın sağlamlığı, qadınlarda yoğun və düz bağırsağ xəstəliklərinin rastgəlmə tezliyinin araşdırılması, piylənmənin qadınlarda göstərdiyi fəsadlar və çıxış yolları, uşaqlıq boynu xərçənginin profilaktikası məqsədilə HPV-nın mütləq şəkildə vaksinayası və qadın həkimlərinin hüquqlarının qorunması kimi mövzular geniş müzakirə olunub.

Dr. Aynur Səfiyeva “Kolorektal poliplərdə gender fərqləri” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Dr. Aynur Səfiyeva çıxışında kolorektal poliplərdə CD 133 həssaslığı haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti