Bakı. Trend:
Tovuz rayonunun Hunanlar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 tona yaxın 2385 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.