...

Qaxda 19 min ağac əkiləcək - İcra başçısının müavini

Cəmiyyət Materials 5 Dekabr 2019 15:49 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Qaxda 19 min ağac əkiləcək.
Qaxda 19 min ağac əkiləcək - İcra başçısının müavini

Bakı. İlhamə İsabalayeva - Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Qaxda 19 min ağac əkiləcək.

Bunu Trend-ə Qax Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Elbrus Tağıyev deyib.

E.Tağıyevin sözlərinə görə, bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində rayonun 17 nümayəndəliyinin hamısının ərazisində ağac əkiləcək. Ağacların əkiləcəyi yerlər rayonun təxminən 28 hektar ərazisini əhatə edəcək.

RİH başçısının müavini qeyd edib ki, bitiş səviyyəsinin yüksək olması üçün rayonun iqliminə xarakterik ağaclar əkiləcək.

E.Tağıyev artıq ağacəkməyə hazırlıq üçün ərazilər hamarlaşdırılıb, əkin üçün lazım olan quyular qazılıb.

Qeyd edək ki, dekabrın 6-da Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşə cinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti