Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan ərazisində yerləşən inzibati ərazi vahidlərinin adlarının həm ingilis, həm də rus dillərində eyni cür və sabit işlədilməsinin təmin edilməsi üçün bütün şəhər və rayonların adları ingilis və rus dillərinə transliterasiya edilib.
Bu barədə Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.
Onun sözlərinə görə, bu işlər “Azərbaycan coğrafi adlarının ingilis və rus dillərinə transliterasiyası” layihəsi çərçivəsində aparılıb.
M.Nağısoylu əlavə edib ki, dövlət sifarişi əsasında respublikanın bütün şəhər və rayonları üzrə 4590 şəhər, rayon, qəsəbə, kənd inzibati ərazi vahidinin adı ingilis və rus dillərinə transliterasiya edilib. Həmin material sadalanan dillərdə, eyni zamanda digər dillərdə də adların dövlət kataloqunun və məlumat bazasının yaradılmasında xüsusi önəm daşıya bilər.