...

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək

Cəmiyyət Materials 22 Yanvar 2020 12:45 (UTC +04:00)
Vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin yanvar ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) rəhbərliyi vətəndaşlarla görüşəcək.

Nazirlikdən Trend-ə verilən məlumata əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 24 yanvar 2020-ci il tarixində saat 14:00-da Sumqayıt şəhərində bu şəhərin və Xızı rayonunun sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 14:00-da Xırdalan şəhərində Abşeron rayonunun sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

Bunun üçün vətəndaşlardan Sumqayıtda 018 642 35 00, Xızı rayonunda 023 3150100, Abşeron rayonunda 012 3423300 nömrəli telefona zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti