...

Axtarışda olan 61 nəfər saxlanılıb

Cəmiyyət Materials 30 Yanvar 2020 12:40 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Axtarışda olan 61 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.

Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti