...

Samux polisi aztəminatlı ailələrə bayram sovqatı paylayıb (FOTO)

Cəmiyyət Materials 19 Mart 2020 17:23 (UTC +04:00)
Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.
Samux polisi aztəminatlı ailələrə bayram sovqatı paylayıb (FOTO)

Bakı. Trend:

Samux Rayon Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar.

Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, Novruz Bayramı münasibətilə onları təbrik ediblər. Uşaqların xüsusi sevincinə səbəb olan bu görüşdə xatirə şəkili çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti