...

Gəncədə xeyriyyə aksiyaları davam edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 15 Aprel 2020 16:51 (UTC +04:00)

Bakı. Trend:

“Evdəqal”, “Həyat evdədir” və “Biz Birlikdə Güclüyük!” çağırışına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi, aztəminatlı ailələrə və tənha yaşayan ahıl vətəndaşlara sosial dəstəyi vacib edir. Bu səbəbdən Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən ərzaq yardımının paylanılması davam etdirilir.

Təşkilatdan Trend-ə bildirilib ki, günlərdir davam edən xeyriyyə aksiyası çərçivəsində bir çox aztəminatlı ailələrə YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “BazarStore” mağazalar şəbəkəsində qablaşdırılan və içərisində gündəlik ərzaq məhsulları olan sovqatlar paylanılıb. Yardımlar zamanı YAP Gəncə şəhər təşkilatının fəal könüllüləri də çağırışları cavabsız qoymayaraq bu çətin gündə hər kəsə dəstək olacaqlarını diqqətə çatdırıblar.

Yardım aksiyayasında Milli Məclisin Gəncədən seçilən millət vəkilləri yaxından iştirak edirlər. Karantin müddəti dövründə bu vətəndaşları daim diqqətdə saxlayan deputatlar ahıl və aztəminatlı insanlara maddi yardımla yanaşı mənəvi dayaq olublar.

Qeyd edək ki, könüllülər vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyini dilə gətiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti