...

Evdə qal və muzeylərə səyahət et

Cəmiyyət Materials 16 Aprel 2020 16:47 (UTC +04:00)
Evdə qal və muzeylərə səyahət et

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti video çarxı yayımlanıb.

Trend-in məlumatına görə, “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır.

Layihə çərçivəsində növbəti səyahət dövlətçilik tariximizin ilk muzeyi olaraq xalqımızın istiqlalı uğrunda apardığı mübarizəni nümayiş etdirən Azərbaycan İstiqlal Muzeyinədir. İstiqlal muzeyinin mədəni varisi kimi, müstəqilliyimizlə həmyaşıd olan Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasında nadir sənədlər, fotolar, şəxsi kolleksiyalar, numizmatika nümunələri saxlanır. Muzey təkcə İstiqlal tarixini əks etdirən nümunələrin saxlanc yeri kimi çıxış etmir, həmdə tariximizi hər tərəfli araşdırır və təqdim edir.

Azərbaycan İstiqlal Muzeyinə virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/531688567539748/

https://facebook.com/cvntv/videos/267697814259862/

https://youtu.be/ZbzSjpqGSu8

Məqalədə:
Xəbər lenti

Xəbər lenti