...

Bu il buraxılış imtahanı zamanı pandemiya ilə əlaqədar metodiki göstəriş nəzərə alınacaq

Cəmiyyət Materials 7 May 2020 17:32 (UTC +04:00)
Bu il buraxılış imtahanı zamanı pandemiya ilə əlaqədar metodiki göstəriş nəzərə alınacaq

Bakı. İlhamə İsabalayeva – Trend:

İyunda buraxılış imtahanı zamanı pandemiya ilə əlaqədar metodiki göstərişi nəzərə alacağıq.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahanlarda hər bir masa arxasında bir nəfər olacaq: “Onların arasında məsafə saxlanılacaq. Bir auditoriyada 12-15 nəfər yer alacaq”.

M.Abbaszadə qeyd edib ki, imtahanlarda aprel-iyun ayları üzrə olan mövzular nəzərə alınmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti