Bakı. Elçin Mehdiyev - Trend:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Eldar Əzizov Bakıda uşaq bağçalarının açılması məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, E.Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, bağçaların açılması epidemioloji vəziyyətdən asılı olacaq:
“Operativ Qərargah nə zaman qərar qəbul etsə, biz bağçaları aça bilərik, ancaq mənə elə gəlir ki, bu, yaxın perspektivdə olmayacaq”.