...

Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib

Cəmiyyət Materials 20 May 2020 14:50 (UTC +04:00)
Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib

Bakı. Trend:

Ölkə ərazisində ov mövsümünün açılması məsələsinin müzakirəsi məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində 2020-2021-ci illərin ov mövsümünün açılıb-açılmaması məsələsinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən 31 may 2020-ci il tarixində veriləcək növbəti Qərardan sonra baxılması razılığına gəlinib.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

O qeyd edib ki, hər il may ayının sonu, ov mövsümü başlanmamışdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyində daimi fəaliyyət göstərən Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilir və ov obyekti olan vəhşi heyvan, quş növlərinin ovlanma müddətləri, normaları, həmçinin onların ovlanması üçün nəzərdə tutulan ov icazələrinin sayı müəyyənləşdirilir.

“Şurada Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələri təmsil olunurlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti