...

Bakıda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib (FOTO)

Cəmiyyət Materials 30 May 2020 12:58 (UTC +04:00)
Bakıda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib (FOTO)

Bakı. Trend:

Bakıda marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir.

Ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən “BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlərimiz üçün əlçatandır.

Bu gün həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat Könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərədə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti