...

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir (VİDEO)

Cəmiyyət Materials 10 İyun 2020 10:26 (UTC +04:00)
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir (VİDEO)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online formatda keçirilən imtahan sessiyası uğurla davam edir.

Universitetdən Trend-ə verilən məlumata görə, “Microsoft Teams” platforması üzərindən şifahi formada təşkil olunan ikinci imtahan günündə ümumilikdə 34 qrup üzrə 573 tələbənin iştirakı nəzərdə tutulub.

Məsafədən təhsil alətlərinin və informasiya-kommunikaya vasitələrinin tətbiqi ilə keçirilən imtahanlar akademik heyət və tələbələrin yüksək aktivliyi şəraitində keçir. Faktiki olaraq, imtahan prosesindən kənarda qalan tələbə yoxdur. Müəllim və tələbələrin evdən qoşulduqları imtahanların təşkilində MDU-nun gənc əməkdaşları və könüllü tələbələri xüsusi fəallıq göstərirlər.

Çoxsaylı güzəştlərlə müşayət olunan imtahan sessiyasının ikinci günündə də bütün tələbələr yalnız müvəffəq qiymətlər alıblar.

MDU-nun üçüncü kurs tələbəsi Xəyal Xəlilov ilk dəfə qatıldığı məsafədən dərslər və online imtahanlardan məmnunluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti