...

Təhsil Nazirliyi: Müsabiqədə uğur qazanan müəllimlərin sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək

Cəmiyyət Materials 13 İyun 2020 11:18 (UTC +04:00)
Müsabiqədə uğur qazanan müəllimlərin sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək Müəllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazananların sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək.
Təhsil Nazirliyi: Müsabiqədə uğur qazanan müəllimlərin sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Müəllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazananların sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində uğur qazananlar Təhsil İnstitutunun İnsan Resursları Mərkəzlərinə sənədlərini təqdim etməlidirlər:

“Pandemiya ilə əlaqədar bu proses bir qədər fərqli formatda keçiriləcək. İnsanların fiziki iştirakına ehtiyac qalmayacaq. İyunun 17-də nəticələr elan edildikdən sonra bu barədə də məlumat veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti