...

Magistraturaya qəbul üçün keçid balları açıqlandı

Cəmiyyət Materials 29 İyun 2020 15:21 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib.
Magistraturaya qəbul üçün  keçid balları açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini dərc edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub:

"Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan 2020-ci ilin iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti