...

Azərbaycanda koronavirusa görə niyə ekspres testlərdən istifadə olunmur? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 30 İyun 2020 19:16 (UTC +04:00)
Azərbaycanda koronavirusa görə niyə ekspres testlərdən istifadə olunmur? - RƏSMİ AÇIQLAMA

Bakı. Samr Əli - Trend:

Ekspres testlər konkret olaraq koronavirus xəstələrinin aşkarlanmasını müəyyənləşdirmir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, ekspres testin tətbiqi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq edilməyib: "Biz bu gün PZR testini edirik və bu da ÜST tərəfindən koronavirus aşkarlayan ən yüksək test kimi qiymətləndirilib.

Ekspres testlər sadəcə bu xəstəliyi ehtimal edə bilər. Konkret bu virusu aşkarlayan test hələ ki, PZR testidir və bütün dünyada da bu test öz təsdiqini tapıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti