...

Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur

Cəmiyyət Materials 10 İyul 2020 17:11 (UTC +04:00)
Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur

Bakı. Samir Əli - Trend:

Yay vaxtlarına görə karantinlə bağlı şikayətlər daxil olur.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, əsasən insanlar yay aylarında rayonlara getmək istəyir: "Bildirim ki, bütün epidemiyalarda ən birinci silah həmişə karantin olub. Əgər vəziyyət normallaşarsa, bu barədə hansısa qərar qəbul oluna bilər. Karantinin yumşaldılması vəziyyətin normallaşmasından asılıdır. Vətəndaşlar qaydalara əməl etsələr, bu sahədə nailiyyət əldə edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti