...

Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ

Cəmiyyət Materials 3 Avqust 2020 18:36 (UTC +04:00)
Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ

Bakı. Ceyhun Ələkbərov - Trend:

Məişət tullantılarının daşınması ilə əlaqədar Bakı şəhərində islahatlar aparılır.

Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda Bakıda yeni pilot lahiyənin icrasına başlanılıb: “Bu proses İngiltərənin böyük şirkətlərindən biri ilə aparılır. Pilot layihə olaraq bu işlər hələlik Nərimanov rayonunda baş tutur. Sözügedən rayonda yeni konteynerlər yerləşdirilib və bunlar adi konteyner deyil. Hər birində tullantıların çeşidlənməsi funksiyası var. Nərimanov rayonundakı layihə yekunlaşdıqdan sonra, işlər Bakının digər rayonlarında da aparılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti