...

Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana bilər? - QAYDALAR

Cəmiyyət Materials 3 Sentyabr 2020 15:58 (UTC +04:00)
Azərbaycanda hansı vəhşi heyvan və quşlar ovlana bilər? - QAYDALAR

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən aydan etibarən Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üzrə ov mövsümü başlanıb.

Trend-in məlumatına görə, ov üçün lisenziya əldə etmək istəyən Azərbaycan vətəndaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir.

Respublika ərazisində 2020-2021-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddət və normaları aşağıdakı kimi təyin edilib:

Qaban (Çöl donuzu) 14 sentyabr 2020-ci ildən 21 dekabr 2020-ci ilə kimi ovlana bilər. Bir baş heyvan 3 nəfərdən ibarət qrupla ovlana bilər.

Dovşan 16 noyabr 2020-ci ildən 11 yanvar 2021-ci ilə kimi ovlana bilər. Bir nəfərə 2 baş heyvan düşür.

Bataqlıq qunduzu (nutriya) 05 oktyabr 2020-ci ildən 15 fevral 2021-ci ilə kimi ovlana bilər. Bunu nutriya təsərrüfatları olan təşkilatlar ovlaya bilərlər.

Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) 14 sentyabr 2020-ci ildən 23 noyabr 2020-ci ilə kimi ovlana bilər. Bir nəfərə 6 quş düşür.

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 1 ədəd quş düşür.

Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) 12 oktyabr 2020-ci ildən 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd ördək düşür.

Qaşqaldaq 12 oktyabr 2020-ci ildən, 28 fevral 2021-ci ilə kimi ovlana bilər. Adam başına 6 quş düşür.

Alabaxta 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 2 ədəd quş düşür.

Bildirçin 1 sentyabr 2020-ci ildən 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd bildirçin düşür.

Çöl göyərçini 1 sentyabr 2020-ci ildən, 16 noyabr 2020-ci ilə kimi ovlana bilər. Adam başına 4 ədəd çöl göyərçini düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti