Bakı. Trend:
“Həkim məsləhəti” rubrikasında pediatr-neonatoloq Ülkər Məhərrəmova “Uşaqlara qrip əleyhinə peyvəndin vurulması nə üçün vacibdir?” sualını cavablandırıb.
Qrip virusu ən çox payız, qış aylarında görülən və hava-damcı yolu ilə yayıla bilən virus xəstəliyidir. Hər il ortalama 650 min insan qrip virusunun ağırlasmasından vəfat edir. Qrip virusu yüksək hərarət, quru öskürək, boğaz ağrısı, burun axıntısı, burun tutqunluğu, baş ağrısı, halsızlıq, əzələ ağrısı və digər əlamətləri ilə COVID-19 virusu ilə oxşardır. COVID-19 virusuna yoluxan insanların eyni anda qrip virusuna da yoluxma ehtimali yüksəkdir. Bu səbəbdən qrip peyvəndi ilə qrip virusuna yoluxmanın qarşını almaq mümkündür.
Qrip virusunun çoxlu sayda alt növləri mövcud olduğu üçün hər il fərqli növ qrip virusu kimi ortaya çıxar. Əsasən peyvənd hər il Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə mövsümdə gözlənilməsi ehtimal edilən İnfuanze A və B virusunun bəzi növlərinə qarşı hazırlanmış olur. Qrip peyvəndini əsasən senytabr-noyabr ayları arası edilməsi tövsiyə edilir.Qrip peyvəndi 6 aydan böyük uşaqlara və həmçinin, xroniki xəstəlikdən əziyyət çəkən və yüksək risk qrupuna daxil olan uşaqlara xüsusi ilə edilməlidir. Peyvənd olunduqdan sonra 7-10 gün içində bədəndə immunitet yaranmağa başlamış olur və qoruyuculuğu 6-8 ay müddətində davam edir.
Unutmayaq ki, qrip peyvəndi yalnız qrip virusuna qarşı qoruyuculuğa malikdir, digər viruslara qarşı təsiri olmayacaqdır. Lakin qrip peyvəndinə qarşı cox nadir də olsa allergik reaksiya görülə bilər. Bu, 6-12 saat sonra özünü qızdırma, halsızlıq, əzələ ağrısı, peyvənd yerində şişkinlik və qızartı ilə biruzə verib, 1-3 gün ərzində davam edə bilər.
Əgər toyuq yumurtasına ciddi allergiya varsa və ya öncəki illərdə peyvəndə qarşı allergiya olmuşdursa, peyvənd edilməsi əks göstərişdir. Qrip peyvəndi insanları qrip virusundan qoruyaraq xəstəxanalara müraciəti azaldacaq ki, bu da COVİD-19 virusuna yoluxma ehtimalını aşağı salmış olacaqdır.
(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118
#Ülkərməhərrəmova #pediatr #neonotoloq
#COVİD19 #peyvənd #qripvirusu
#MərkəziGömrükHospitalı #CentralCustomsHospital