...

V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi

Cəmiyyət Materials 1 Dekabr 2020 15:45 (UTC +04:00)
V.Süleymanov “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edildi

Bakı. Trend:

Süleymanov Vüqar Fərman oğlu “01” Dekabr 2020-ci il tarixindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Baş İcraçı Direktor vəzifəsinə təyin edilmişdir.

Məlumat üçün bildirmək istəyirik ki, Süleymanov Vüqar Fərman oğlu 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1991-1996-cı illərdə Azərbaycan Bakı Dövlət Universitetinin Hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2007-2008-ci illərdə Böyük Britaniyanın Nottingham Trent Universitetinin Korporativ Hüquq fakultəsini bitirib, magistr dərəcəsini almışdır.
2008-2010-cu illərdə Böyük Britaniyada Nottingham Trent Universitetini bitirərək, Korporativ Menecer ixtisasına yiyələnmişdir.

2019-cu ildən LSE-də (London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində) Executive MBA (Biznesin İdarəedilməsi) proqramı üzrə London şəhərində təhsil almağa başlamışdır və hal-hazırda təhsilini davam etdirməkdədir.

Süleymanov Vüqar Fərman oğlu 2011-2015-ci illərdə Atəşgah Sığorta Şirkətində bir sıra rəhbər vəzifələrdə çalışmışdır.
2015-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirmişdir.
2016-cı ildən TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsidə SYA (Türkiyənin “Yüksel İnşaat A.Ş.”, Italiyanin “SICIM S.p.A” və “Akkord” Korporasiyası ) müştərək müəssisəsinin idarə heyətinin üzvüdür.
2018-ci ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Müşahidə Şurasının Sədr müavini, eyni zamanda Respublikanın ən böyük sement istehsalçılarından biri olan “Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri olmuşdur.

Süleymanov Vüqar Fərman oğlu 2019-2020-ci illərdə “Qazax Sement Zavodu” MMC-nin istehsal həcminin artırılması layihəsini uğurla başa vuraraq, illik 1 milyon ton olan istehsal həcmini artıraraq illik 1.5 milyon tona çatdırmışdır. İstehsal həcminin artırılması nəticəsində regionda olan bir çox vətəndaşın işlə təmin olunmasını həyata keçirmişdir. Bundan başqa, sement istehsalı ilə yanaşı Respublikanın bir sıra strateji əhəmiyyətli bölgələrində yeni Beton zavodların fəaliyyət göstərməsinə nail olmuş, bunula da bu sahədə öz sözünü deməyi bacarmışdır. Hal-hazırda “Qazax Sement Zavodu” MMC-nin Müşahidə Şurasında rəhbərliyini davam etdirməkdədir.

Qeyd etmək istərdik ki, Süleymanov Vüqar Fərman oğlu “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin bir sıra yerli və xarici layihələrinə rəhbərlik etmiş və bu illər ərzində bir çox uğurlara imza atmışdır. Bundan sonra da şirkət onun rəhbərliyi altında öz gücünü geri qaytaracaq və daha da inkişaf edəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti