...

Azərbaycan Zəfər paradı ilə bütün dünyaya öz gücünü göstərdi - Qarabağ qazisi (FOTO)

Cəmiyyət Materials 11 Dekabr 2020 12:07 (UTC +04:00)
Azərbaycan Zəfər paradı ilə bütün dünyaya öz gücünü göstərdi - Qarabağ qazisi (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçirdiyi Zəfər paradı ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Bunu parad zamanı Trend-ə açıqlamasında Vətən müharibəsi qazisi Elton Dadaşov deyib. Onun sözlərinə görə, keçid zamanı nümayiş olunan erməni hərbi texnikalarının nə vəziyyətdə olduğunu hər kəs gördü:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu qələbəni onların və qazilərimizin sayəsində əldə etmişik. Həqiqətən müharibə dövrü ərzində çox şeyin şahidi oldum, ancaq ən əsası onu bildim ki, bizim çox qoçaq, döyüşkən, ölümdən qorxmayan mərd oğullarımız var. Mən fəxr edirəm ki, Azərbaycan uğrunda bu cür oğullarla döyüşüb, bu yolda qazi olmuşam.

Bu günü Azərbaycan xalqı çoxdan gözləyirdi. Keçirilən parad bizim haqlı qələbəmiz paradı idi. Öna görə də onun adı Zəfər paradı adlanır. Biz düşmən üzərindəki zəfərimizi qeyd edirdik və hər şey çox yükəsk səviyyədə keçdi. Azərbaycan bu paradla bütün dünyaya öz gücünü nümayiş etdirdi. Keçidlər zamanı ermənilərin hərbi texnikaları da nümayiş olundu. Hər kəs gördü ki, biz Ermənistan ordusunun texnikalarını nə hala salmışıq, hətta onlar arasında salamat olanlar da var idi ki, ermənilər onlar atıb qaçmışdılar. Bir şeyi qeyd edim ki, bu bizim qənimətlərimizin bir qismi idi”.

E.Dadaşov döyüşlər barədə də danışaraq necə yaralandığını söyləyib:

“Müharibə başlayan zaman mən 14 ay idi ki, hərbi xidmətdə idim. Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Oktyabr ayının 6-sı 8 hərbçi yoldaşım ilə döyüş tapşırığını yerinə yetirən zaman düşmən istiqamətindən yaxınlığımıza mərmi düşdü. Təəssüf ki, 4 igid oğul şəhid oldu, digərləri isə yaralandı.

Mən başda Ali Baş Komandanımız olmaqla bütün xalqımızla fəxr edirəm. 44 günlük müharibə dövründə biz bir yumruq olaraq ermənilərə əsl yerlərini göstərdik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti