...

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar hazırlıq işləri görülür - Trend TV-nin REPORTAJI

Cəmiyyət Materials 22 Fevral 2021 14:15 (UTC +04:00)
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar hazırlıq işləri görülür - Trend TV-nin REPORTAJI

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana harayı" abidəsinin yerləşdiyi parkda hazırlıq işlərinə başlanılıb.

Bu barədə Trend TV-yə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Apparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov məlumat verib.

Onun sözlərinə görə, abadlıq, quruculuq işlərinə bu ilin fevral ayının əvvəlindən start verilib: "Park xiyaban daim nəzarətdə saxlanılır. Belə ki, bura vətəndaşların həmişə axın etdiyi yer olduğu üçün, işıq sistemi, dirəklər yoxlanılır, günlüklər, oturacaqlar nəzarətdə saxlanılır. Bundan əlavə, Xocalı soyqrımının ildönümü ilə bağlı da bir sıra işlər görülür. Mövsümü güllər və gül kolları əklilir və hər il onların düzülüşü yeni dizaynda edilir. Eləcə də, prospekt boyu bu əraziyə gələn yollarda binaların fasadına və divarlara Xocalı faciəsini əks etdirən plakatlar, bannerlər, şəhid şəkilləri vurulur. Xocalı prospekti boyu yerləşən binaların fasadlarının təmizlənməsi, səkilərin yuyulması işləri də həyata keçirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti