...

Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir - DİN

Cəmiyyət Materials 22 Fevral 2021 17:47 (UTC +04:00)
Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir - DİN

Bakı. Samir Əli - Trend:

Türkiyəyə gediş-gəliş biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 sənədinin tələblərinə cavab verən yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi əsasında həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti