...

Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Mart 2021 10:00 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan qadını tarixboyu öz müdrikliyi, işgüzarlığı və saflığı ilə seçilib. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz, xalq adət- ənənələrimiz, ana dilimiz nənələrimizin, analarımızın sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarından məharətlə çıxaraq bu günümüzədək qorunub saxlanılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bu fikirlər Xaçmaz rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən videokonfransda səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid analarını, habelə rayonun müxtəlif idarə təşkilat və müəssisələrində çalışan qadınları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Əminliklə vurğulanıb ki, Azərbaycan qadını ölkəmizin gələcək inkişafı, gənc nəslin milli-məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir. Bunun barzi nümunəsidir ki, İkinci Qarbağ döyüşlərində Azərbaycan oğulları Ali baş Komandan İlham Əliyevin əhatəsində sıx birləşərək düşmənə layiqli müqavimət göstərdi.
Videokonfransda iştirak edən millət vəkili Sevil Mikayılova ölkəmizdə qadınlara, analara göstərilən yüksək qayğıyıdan danışıb.

Şəhid Davud Hacıyevin anası Validə Hacıyevə və şəhid Kərəm Veysovun anası Nərgiz Veyisova isə öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Digər çıxış edən qadınlarda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib, xoş arzularını ifadə ediblər.

Videokonfransda rayon rəhbərliyi tərəfindən şəhid analarına gül dəstələri hədiyyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti