ABŞ Konqresinin Senatı Xavyer Besseranın namizədliyini səhiyyə nazirliyinin rəhbəri vəzifəsinə təsdiqlədi.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Senatın mətbuat xidməti xəbər verib.
Bildirilir ki, X.Besseranın lehinə 50, əleyhinə isə 49 senator səs verib. Yaxın vaxtlarda yeni nazirin and içmə mərasimi olacaq.
Xatırladaq ki, Xavyer Bessera 2017-ci ildən Kaliforniyanın baş prokuroru vəzifəsində çalışıb.