...

Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması ceyranların həyatını təhlükəyə atır - Mütəxəssis

Cəmiyyət Materials 30 Mart 2021 17:06 (UTC +04:00)
Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması ceyranların həyatını təhlükəyə atır - Mütəxəssis

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Acınohur düzü ilə qonşuluqda əkin sahələrinin olması buradakı ceyranların gələcək həyatını təhlükəyə qoyur və bu, onların gələcək artımının qarşısını alacaq.

Trend-in məlumatına görə, bunu zooloq-mütəxəssis Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” proqramında deyib.

Onun sözlərinə görə, Acınohur düzünə 5 ceyran buraxılıb: “Birinci ildə ceyranların artımı ləng gedirdi. Amma son iki ildə artım sürətlənib və 2 dəfə çoxalıb. Ərazinin tutumu burada daha çox ceyranın yaşamasına imkan verir. Amma ceyranlara mane olan qonşuluqda əkin sahələrinin olmasıdır. Əkin sahələrində kimyəvi maddələrin istifadə edilməsi ceyranların gələcək həyatı üçün təhlükə yaradır. Yaxşı olardı ki, Acınohur düzündə xüsusi mühafizə olunan təbiət ərazisi yaradılsın. Burada milli parkın yaradılması üçün təklif də verəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti