...

Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi

Cəmiyyət Materials 10 Aprel 2021 00:04 (UTC +04:00)
Azad olunan ərazilərə elektrik verilməsi üçün ərazilər minalardan təmizlənir - Agentlik rəsmisi

Bakı. Ceyhun Ələkbərov – Trend:

Qubadlı-Zəngilan-Cəbrayıl rayonlarının elektrik enerjisinin verilməsi üçün lazım olan ərazilərin minalardan təmizlənməsi işləri aparılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin şöbə müdiri İdris İsmayılov deyib. Onun sözlərinə görə, bu günə kimi bir çox ərazilər minalardan təmizlənərək aydiyyəti üzrə təhvil verilib:

"10 noyabr tarixindən Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən ilkin olaraq işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına başlanılıb. Yolların, komunikasiya və digər rabitə xətlərinin keçdiyi ərazilər təcili şəkildə təmizlənərək təhvil verilib.

Hazırda bir neçə istiqamətdə minatəmizləmə əməliyyatlarımız davam etdirilir. Bunlara misal olaraq, yeni salınacaq yolların Füzuli-Şuşa (Zəfər yolu), Tərtər istiqamətində Çaylı Suqovuşan avtomobil yolu, bu yol artıq istifadəyə verilmişdir. O cümlədən, Çaylı – Tapqaraqoyunlu, Çaylı-Talış yollarının minalardan təmizləmə əməliyyatları həyata keçirlir. Bundan əlavə, Azərbaycan Dəmir Yolları QSC-nin sifarişi əsasında Füzuli-Zəngilan-Ağbənd dəmir yolu xətti, Bərdə-Ağdam dəmir yolu xətti, həmçinin Bərdə-Ağdam avtomoil yolu xəttinin keçdiyi ərazilər minalardan təmizlənir.

Bitmiş layihə olaraq onu qeyd edim ki, Füzuli-Hadrut 35 kilovatlıq elektrik xətti, Füzuli-Şuşa 110 kilovatlıq elektik xətti artıq təmizlənərək aydiyyəti üzrə təhvil verilib. Bildiyiniz kimi, hər iki ərazi artıq tam enerji ilə təmin olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti