...

MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)

Cəmiyyət Materials 18 May 2021 10:28 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Təhsil İdarəsinin birgə keçirdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Əbədiləşən şəxsiyyət” adlı onlayn şəhər müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğurlu nəticələr əldə ediblər.

MDU-nun tələbələrindən şeir nominasiyası üzrə I yerə Türkan Cəfərli, II yerə Narınc Quliyeva, III yerə Gültən Məmmədova, musiqi nominasiyası üzrə I yerə Zamin Cəfərov, III yerə Maral İsmayılova, həvəsləndirici yerə Yusif Hacıyev və inşa nominasiyası üzrə I yerə Gültəkin Musazadə, II yerə Sevinc Cəbrayılova, III yerə Gülnaz Tarverdiyeva layiq görülüb. Qaliblər müvafiq diplomlarla təltif ediliblər.

Qeyd edək ki, onlayn müsabiqəyə Mingəçevir şəhərinin ali, orta-ixtisas və peşə təhsil müəssisələrini, ümumtəhsil məktəblərini təmsil edən 158 nəfər tələbə və şagird qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti