Bakı. Samir Əli - Trend:
Pandemiya dövründə Milli Parklara turist axını azalsa da, son dövrlər bu rəqəmdə artım var.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkil etdiyi "Ekspert saatı"nda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.
O qeyd edib ki, 2020-ci ildə milli parklara tusrist səfərlərinin sayı 2 dəfə azalmışdı: "2019-cu ildə milli parklara 98 min turist səfər etmişdi. Bunun 88 min nəfəri yerli turistlər olub. 2020-ci ildə pandemiya ilə əlaqədar parklar bir müddət bağlı qaldı və bununla turist sayı da azaldı. 2020-ci ildə milli parkları cəmi 41 turist ziyarət etmişdi. Amma hazırda milli parklara ziyarətlərin sayı artmaqdadır. Məsələn, 2021-ci ilin 5 ayı ərzində milli parkları 38 min 779 turist ziyarət edib. Gələn aylarda bu sayın daha da artacağı gözlənilir".