Bakı. Çingiz Səfərli - Trend:
Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev dünən ağır yol qəzasında həyatını itirib.
Məlumatı Trend-ə Bakı Ali Neft Məktəbindən təsdiqləyiblər.
Universitetin rektoru Elmar Qasımov da sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb. O, hadisənin ali təhsil müəssisəsi üçün böyük itki olduğunu qeyd edib və ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Bəhram Musayev 2018-ci ildə BANM-a 690 balla qəbul olub.