...

MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzil seçimi başa çatıb

Cəmiyyət Materials 23 İyul 2021 16:11 (UTC +04:00)
MİDA-nın Hövsan Yaşayış Kompleksində mənzil seçimi başa çatıb

Bakı. Çingiz Səfərli - Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1,4,5,6,7,8,9,10,11 saylı binaları üzrə ümumilikdə 307 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi 01.07.2021-ci il tarixində başlamış, 15.07.2021-ci il tarixində uğurla başa çatıb.

Bu barədə Trend-ə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib. Bu günədək satışa çıxarılmış 307 mənzildən 91-nin rəsmiləşdirilməsi başa çatdırılıb.

01.07.2021-ci il tarixində Hövsan Yaşayış Kompleksində seçilmiş mənzillərlə bağlı və “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçmiş vətəndaşlara dair statistik məlumatları diqqətinizə təqdim edirik:

https://mida.gov.az/az/statistics/statistics_28/

https://mida.gov.az/az/statistics/statistics_29/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti