...

Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2021 10:19 (UTC +04:00)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə seçiciləri ilə görüşüb.

Trend-in məlumatına görə, mütəmadi olaraq, seçiciləri ilə görüşən millət vəkili bu dəfə rayonun Nərəcan inzibati ərazi dairəsinə aid Mürşüdoba və Mənçəroba kəndlərindən, Qusarçay inzibati ərazi dairəsinə aid Qusarçay və Həsənqala kəndlərindən olan seçiciləri qəbul edib.

Aktiv müzakirələrlə keçirilən görüşlər zamanı millət vəkili hər bir seçicinin qaldırdığı məsələ ilə ətraflı maraqlanıb, həlli mümkün olan müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Seçicilərin problemlərinə diqqətlə yanaşan S.Mikayılova bildirib ki, qaldırılan bütün məsələlər ətraflı araşdırılıb müvafiq qurumlara müraciət ediləcək və məsələlərin həlli diqqətdə saxlanılacaq.

Görüşdə iştirak edən seçicilər daim onların problemlərini diqqətdə saxlayaraq həlli istiqamətində çalışdığı üçün millət vəkilinə təşəkkürlərini ifadə ediblər.

Millət vəkili həmçinin Nərəcan inzibati ərazi dairəsinin Çiləgir kənd şəhidi Məmmədov İkram Ehtiram oğlunun ailəsini ziyarət edib, şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. Şəhid ailəsinin üzvləri öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti