...

Bakıdakı Britaniya Məktəbi 10-11-ci sinif şagirdləri və valideynlər üçün IGCSE məsləhət sessiyası təşkil edib (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2021 14:23 (UTC +04:00)
Bakıdakı Britaniya Məktəbi 10-11-ci sinif şagirdləri və valideynlər üçün IGCSE məsləhət sessiyası təşkil edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 17-də Bakı Britaniya Məktəbi (BSB) 10 və 11-ci sinif şagirdləri və valideynlər üçün IGCSE məsləhət sessiyası təşkil edib.

Trend-in məlumatına görə, sessiyanın məqsədi IGCSE (International General Certificate of Secondary Education, Orta təhsil barədə attestat) Kembric proqramının vacibliyi və proqramın başa çatmasından spnra tələbələr üçün BSB-də təqdim olunacaq imkanlar barədə məlumat çatdırmaq olub.

BSB orta məkətibinin direktoru Səmra Vəliyeva sessiya iştirakçılarını salamlayıb.

Məsləhət sessiyasının birinci hissəsini BSB-də iqtisadiyyat və biznes müəllimi Pallavi Tapliyal, ikinci hissəsini isə NCUK-in Azərbaycandakı ofisinin akademik meneceri, BSB-də iqtisadiyyat, bzines və mühasibat uçotu müəllimi Trişna Kimtani təqdim edib.

P.Tapliyal IGCSE Kembric proqramı və bu proqramın əsas üstünlükləri barədə məlumat verib. O bildirib ki, "International General Certificate of Secondary Education" (IGCSE) orta məktəbdə universitetəqədərki tədrisə keçiddən əvvəl verilir:

"IGCSE bu gün dünyada ən görkəli imtahanlardan biridir. Bu, bütün dünyada təqdim olunur, standart qiymətləndirmə, nailiyyət və tanınma standartlarını təyin edir və bu standartlar beynəlxalq universitetlər, tədris müəssisələri və işəgötürənlər tərəfindən qəbul olunur. IGCSE 14-16 yaşlı yeniyetmələr üçün ən populyar beynəlxalq sertifikatdır. Sənəd bütün dünyada aparıcı universitetlər və işəgötürənlər tərəfindən tanınır, eyni zamanda uğur və inkişafına beynəlxalq zəmanətidir".

T.Kimtani öz növbəsində IGCSE proqramının başa çatmasından sonra BSB-də təqdim olunan bütün imkanları izah edib. Onun sözlərinə görə, BSB-nin tələbələri öz ölkəsində bir il ərzində "International Foundation Year" çərçivəsində tədris keçmək imkanı və dünyaca məşhur universitetlərə qəbul olmaq imkanı qazanır. T.Kimtani, həmçinin valideynləri BSB-nin IGCSE proqramından sonra icra etdiyo prosedurlar barədə məlumatlandırıb:

"Bu imtahanlar başa çatandan sonra tələbələr üç proqram üzrə davam edə bilərlər: "Cambridge AS & A-Level", "Pre-U" və "International Foundation Year (NCUK)". "A-Level" iki hissəyə bölünmüş proqramdır. Bir hissə il boyunca geniş spektrli fənlərin tədris olunur, tələbələr üç fənnədək seçə bilər və bu tədris iki il ərzində başa çatdırılır. "Pre-U" proqramı Amerika, Avropa, Türkiyə və Azərbaycan universitetlərinə daxil olmağa hazırlaşan tələbələr üçün nəzərdə tutulub. Bu proqram tələbələrə IELTS və SAT imtahanlarına hazırlaşmaq imkanı verir. "International Foundation Year (NCUK)" dünyanın aparıcı universitetlərində bakalavr dərəcəsi almaq üçün hazırlaşanlar üçün birillik sürətləndirilmiş baza proqramıdır".

T.Kimtani qeyd edib ki, yekunda BSB yuxarı kurslarının tələbələrinin ixtisası onlara bütün dünyada, Böyük Britaniyadan Almaniyayadək, ABŞ-dan Kanadayadək universitetlərin qapıları açıla bilər. Onun sözlərinə görə, Kembricin ixtisaslaşması Azərbaycanda tanınır və hər yerdə qəbul olunur.

Tədbir valideynlərin minnətdarlıq məktubu ilə başa çatıb. IGCSE məsləhət sessiyasının təşkilatçıları tədbirdə iştirak etmiş valideynlərin onlara verilən məlumatlardan razı qaldıqlarına ümidvar olduqlarını bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti