Bakı. Çingiz Səfərli - Trend:
Su bioresurslarının mühafizəsi, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri və "Təmiz hövzələr" aksiyası çərçivəsində Abşeron Milli Parkının su ərazisində Su Nəqliyyatında Polis Idarəsinin və milli parkın əməkdaşları tərəfindən birgə reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, reyd zamanı ərazidə sənaye balıq ovu ilə məşğul olan subyektlərə Balıqçılıq haqqında və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında ölkə qanunvericiliyinin tələbləri izah olunub və bu tələblərə riayət olunması üçün xəbərdarlıq edilib.
Anoloji birgə nəzarət tədbirləri ölkə ərazisindəki digər xüsusi mühafizə olunan təbiət ərazilərində də davam etdiriləcək.
“Təmiz hövzələr” aksiyası çərçivəsində Su Nəqliyyatında Polis Idarəsi ilə birgə reyd keçirilib