...

Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb

Cəmiyyət Materials 19 Oktyabr 2021 19:38 (UTC +04:00)
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda sentyabr ayında təkrar mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 2,19 faiz, ötən illə müqayisədə isə 4,17 faiz ucuzlaşıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

O qeyd edib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 610 manat təşkil edib.

Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 1 334 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 3 040 manat təşkil edib.

N.İbrahimov bildirib ki, ucuzlaşmanın səbəbi struktur dəyişikliyidir, yəni ötən ay bazara ucuz evlər daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti