...

Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib

Cəmiyyət Materials 19 Oktyabr 2021 18:24 (UTC +04:00)
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib

Bakı. Trend:

“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində AQTİ mütəxəssisləri ilə onlayn formatda növbəti görüş keçirilib.

Qida təhlükəsizliyi və bitki mühafizəsi üzrə beynəlxalq mütəxəssislər Vadims Bartkeviçs, İveta Puqayeva və Elina İkkere layihəyə dair fikirlərini, gözləntilərini və Avropa təcrübəsini bölüşüblər. Həmçinin nəzərdə tutulan icra müddəti ərzində layihə çərçivəsində görüləcək işlər barəsində fikir mübadiləsi aparıblar. Bildiriblər ki, layihənin uğurla icrası rəqabətqabiliyyətli bitki mənşəli məhsulların istehsalı sahəsində bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlıq olacaqdır.

Tədbirdə "Bitki mənşəli qida və yemdəki pestisid qalıqlarının təhlili üçün 3 yeni üsulun hazırlanması və təsdiq edilməsi" adlı proqram üzrə təqdimatlar, videomateriallar nümayiş olunub. Pestisidlərin (glifosat/ditiokarbamatlar) qalıq miqdarının və təhlükəli cəhətlərinin təyin edilməsi üçün istifadə olunan analitik protokollar barəsində geniş məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin görüş iştirakçıları rəqabətqabiliyyətli bitki mənşəli məhsulların istehsalı baxımından Avropa ölkələri ilə sıx əməkdaşlığın zəruriliyini qeyd ediblər. Layihənin ölkəmizdə bitki sağlamlığı və fitosanitar tədbirlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətini yüksək qiymətləndirərək, müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti